XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 12:33

Gürcüstanda son sutkada 688 nəfər koronavirusa yoluxub- 13 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 688 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 897, ölənlərin sayı isə 3 221 nəfərə çatıb.

Virusa yoluxanlardan 251 077 nəfərin sağaldığı bildirilir.