XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 12:54

Gürcüstanda ərzaq bahalaşıb

Bu ilin yanvar ayında Gürcüstanda istehlak qiymətləri indeksi ötən ilin dekabr ayına nisbətən 1,1 % artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, illik inflyasiya isə 2,8 %-ə bərabər olub.

Ötən ay qonşu ölkədə ərzaq və spirtsiz içkilər 2 %, tərəvəz 6,1 %, meyvə və üzüm 4,4 %, yağ 4,3 %, süd, pendir və yumurta 4 %, balıq 1,1 % bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və spirtsiz içkilərin qiymətində 6,4 % artım olub. Bu qrup daxilində yağlar 27,3 %, qəhvə, çay və kakao 12,6 %, balıq 10,4 %, süd, pendir və yumurta 9,1 %, şəkər, cem, bal, şokolad və qənnadı məmulatları 8,9 %, çörək 7,5 %, mineral sular, alkoqolsuz içkilər, meyvə və tərəvəz şirələri isə 5,6 % bahalaşıb. Sağlamlıq sahəsində xidmətlərin dəyərində 8,8 % artım qeydə alınıb.