XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 14:55

Spiker:“Gürcüstan bölgədə güc tarazlığının dəyişməsi səbəbindən təhlükəsizliyini gücləndirəcək”

“Bölgədə güc tarazlığının dəyişməsi Gürcüstandan tərəfdaşları ilə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyəsini tələb edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze illik hesabatı təqdim edərkən deyib.

Spikerin sözlərinə görə, hökumət və parlament milli təhlükəsizlik üzrə yeni konsepsiya hazırlamağı planlaşdırır: “Sənəddə əsas prioritet hibrid, kibertəhdidlərə və Qərb əleyhinə təbliğatlara dayanıqlığın artırılması olacaq”.

A.Talakvadze Gürcüstanın ABŞ, Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində nümunəvi əməkdaşlığın olduğunu qeyd edib: “Müdafiə sahəsində tərəfdaşlarımız və NATO ilə də presedenti olmayan əməkdaşlıq həyata keçirilir”.