XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 18:25

Rusiya və ABŞ arasında yeni START müqaviləsi qüvvəyə minib

Rusiya və ABŞ arasında imzalanmış Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilə (START – Strategic Arms Reduction Treaty) bu gündən qüvvəyə minib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. 

“Fevralın 3-də Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Səfirliyi arasında Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilənin uzadılmasına dair müqavilənin qüvvəyə minməsi üçün lazım olan daxili prosedurların tamamlanması barədə nota mübadiləsi aparılıb. Müvafiq olaraq, bu müqavilə qüvvəyə minib. Beləliklə, müqavilə heç bir dəyişiklik və əlavə edilmədən 5 fevral 2026-cı il tarixinədək imzalandığı formada qüvvədə olacaq”, – deyə qeyd olunub.