XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 21:24

Ruhani:"Hərtərəfli birgə fəaliyyət planına yeni şərtlər əlavə oluna bilməz"

“Hərtərəfli birgə fəaliyyət planına yeni şərtlər əlavə oluna bilməz”.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani bildirib. Onun sözlərinə görə, birgə fəaliyyət planı asanlıqla əldə olunmayıb: “Onun işlənməsi və müzakirəsi üçün 10 ilə yaxın vaxt tələb olunub. Buna görə də planın heç bir bəndi dəyişdirilə və ya ona yeni şərtlər əlavə oluna bilməz”.

İran Prezidenti həmçinin Birləşmiş Ştatları beynəlxalq qətnamələrə riayət etməyə çağırıb. Onun sözlərinə görə, razılaşmanı ölkəsi deyil, rəsmi Vaşinqton pozub. Ruhani bəyan edib ki, İranın öhdəliklərini yerinə yetirməsi Birləşmiş Ştatların yanaşmasından asılı olacaq.