XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 23:09

Çində internet istifadəçilərinin sayı 1 milyarda çatır

Çində internet istifadəçilərinin sayı ötən ilin mart ayından bəri 85,4 milyon nəfər artaraq 989 milyona çatıb.

Azərtac Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinə istinadla xəbər verir ki, ölkədə internetin əlçatanlılığının səviyyəsi də mart ayından sonra 5,9 faiz çoxalaraq 70,4 faizə yüksəlib.

Bildirilir ki, mobil telefonlar vasitəsilə internetə çıxış əldə edənlərin sayı ümumi internet istifadəçilərinin 99,7 faizini təşkil edir. Ümumi internet istifadəçilərinin 300 milyonu kəndlərdə yaşayanlardır.

Qeyd edək ki, Çin internet istifadəçilərinin sayına görə dünyada birincidir. Növbəti yerlərdə Hindistan və ABŞ qərarlaşıb.