XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 23:32

Avrozonada inflyasiyanın artımı müşahidə olunur

Avrozonada istehlak qiymətləri bu ilin yanvar ayında təxminən 0,9 faiz artıb.

Eurostat agentliyinin məlumatına görə, bu, gözlənilən yarım faiz inflyasiya səviyyəsindən təxminən iki dəfə çoxdur. İqtisadçılar, görünür, koronavirus pandemiyasının avrozonaya vurduğu ziyanın səviyyəsini lazımi qədər qiymətləndirməyiblər.

Ötən ilin son rübündə inflyasiya mənfi 0,3 faiz təşkil edib. Yeni ildə artım, xüsusən də keçən ilin sentyabr-dekabr aylarında olduğu kimi, enerji daşıyıcılarının qiymətləri ilə izah olunur. Yanvar ayında sənaye malları isə bir neçə ayda ilk dəfə olaraq artıb(azərtac).