XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 23:55

Türkiyədə bu gün koronavirusdan 117 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 117 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 102 nəfər  COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr  8 314,   ağır xəstələr isə 1 523  nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 30 milyondan çox insan koronavirus testindən keçib, onlardan 2 501 079 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb,  2 387 384 nəfər sağalıb, 26 354 nəfər isə ölüb.