XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 09:00

Dünyada koronavirus:son sutkada 403 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 403 263 nəfər koronavirusa yoluxub, 12 120 nəfər ölüb. 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 103 362 039 yoluxma hadisəsi, 2 244 713 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (202 291), payına düşür. Digər yerləri isə Avropa (134 985) və Cənub-Şərqi Asiya (24 035) bölüşür. (apa)