XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 13:12

Ermənistanda koronavirus:ölənlərin sayı 3107 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 147 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 167 568 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3107 nəfərə çatıb.

Ermənistanda 159 045 nəfər xəstəlikdən sağalıb.