XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 14:22

Britaniyalı nazir:“Dünyada COVID-19-a səbəb olan 4000-ə yaxın virus variantı mövcuddur”

Hazırda dünyada COVID-19-a səbəb olan 4000-ə yaxın virus variantı mövcuddur.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın peyvəndin paylanması məsələləri üzrə naziri Nədim Zahavi bildirib.

“Mövcud peyvəndin istər Kentdə yayılan, istərsə də digər variantlarında, xüsusən də ağır formada və yoluxan şəxsin xəstəxanaya yerləşdirməsi ilə nəticələnən variantlarında təsirli olacağı ehtimalı çox azdır. “Pfizer-BioNTech”, “Moderna”, “Oxford-AstraZeneca” və digər istehsalçılar hər hansı bir yeni varianta hazır olduğumuza əmin olmaq üçün peyvəndlərin inkişafı üzərində çalışırlar”, – deyə nazir vurğulayıb.