XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 18:34

Gürcüstanda koronavirusa görə tətbiq edilən bir sıra məhdudiyyətlər götürülür

Gürcüstanda koronavirus (COVID-19) səbəbi ilə tətbiq edilən bir sıra məhdudiyyətlər ləğv edilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında çıxışı zamanı bildirib ki, fevralın 8-dən etibarən böyük şəhərlər də daxil olmaqla ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək, yarmarkaların açılmasına icazə veriləcək.

Fevralın 15-də isə Tbilisi, Kutaisi, Rustavi şəhərlərində məktəblərdə dərslərin fiziki formada davam etdirilməsinə, həmçinin açıq havada fəaliyyət göstərən restoranların xidmət göstərməsinə icazə veriləcək.

Baş nazir qeyd edib ki, ölkədə epidemioloji vəziyyətin müsbət dinamikası qorunub saxlanılacağı təqdirdə məhdudiyyətlərin daha da azaldılması mümkün olacaq.