XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 15:33

Ermənistan ordusunun polkovniki rüşvətə görə tutulub

Ermənistan silahlı qüvvələrinin polkovniki rüşvətə görə tutulub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polkovnik 2020-ci il sentyabrın 13-də əsgər D.G.-nin anasından hərbi qulluqçunun başqa hərbi hissəyə köçürülməsi üçün 2 min dollar (975 min dram) tələb edib. Polkovnik hərbi xidmətə çağırılan başqa bir əsgəri Qarabağda döyüşlərdə iştirak edən hərbi hissəyə göndərməmək üçün vasitəçi ilə noyabrın 7-də əsgərin valideynlərindən 2500 dollar (987 min dram) tələb edib və növbəti gün o, 2 min dollar alıb.

O, başqa bir əsgəri xidmət edəcəyi hərbi hissəyə deyil, başqa bir hərbi hissəyə göndərmək üçün 10 000 dollar tələb edib. Polkovnik 2021-ci ildə bir çağırışçının başqa bir hissəyə köçürülməsi üçün 2 min dollar (1 milyon dram) istəyib. 7-8 yanvar tarixlərində bu məbləğ hissə-hissə onun hesabına köçürülüb.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, polkovnik hərbi hospitalda işə düzəltdiyi şəxslərə hərbi rütbələrin verilməsi üçün təxminən 3 min dollar alıb.

Tutulan şəxs müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir zabitinin Syünikdəki xəstəxanadan İrəvana geri çağırılmasını təşkil edib və bundan sonra onu arxa cəbhəyə keçirib. Bunun qarşılığında polkovnik 300 min dram alıb.

Polkovnikin müharibə dövründə bir hərbi qulluqçunun Qarabağdakı hərbi hissədən qaçmasını ört-basdır etdiyi də məlum olub.

Ermənistan ordusunun polkovniki Lusakertdəki hərbi hissədən bir çağırışçının cəbhəyə göndərilməməsi qarşılığında isə 200 min dram alıb.

Onunla bərabər, təxminən on nəfərə yaxın şəxs də saxlanılıb.