XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 20:10

IOC-un vitse-prezidenti:"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm"

Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyasına baxmayaraq, baş tutacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts “Nikkei” nəşrinə müsahibəsində deyib.

Funksioner yarışın keçiriləcəyinə 100 faiz əmin olduğunu bildirib: “Oyunlar növbəti dəfə təxirə salınmayacaq. Pandemiyanın başladığı gündən IOC, Təşkilat Komitəsi, Yaponiya hökuməti və və Tokio adminstrasiyası olimpiadanın təşkilində qərarlıdır. Mövqeyimizi qoruyuruq. Bunun üçün heç bir maneə görmürük”.

Kouts “Tokio-2020″nin azarkeşsiz keçirilmə ehtimalına da toxunub: “Bu plan nəzərdən keçirilir. Amma hələlik yekun qərar yoxdur. Qərar mart və ya apreldə qəbul oluna bilər”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb. (report)