XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 22:40

Çinin Orta və Şərqi Avropa ölkələri ilə ticarət dövriyyəsi 100 milyard dolları üstələyib- İlk dəfə

Ötən il Çinin Orta və Şərqi Avropa ölkələri ilə ticarət dövriyyəsinin həcmi ilk dəfə 100 mlrd. ABŞ dollarını keçib.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çin Xalq Respublikası Ticarət Nazirliyinin rəsmi sözçüsü Qao Fen bildirib.

Onun sözlərinə görə, Çinin Orta və Şərqi Avropanın 17 ölkəsi ilə ticarət dövriyyəsinin həcmi ötən il 8,4% artaraq ilk dəfə olaraq 100 mlrd. dolları keçib və 103,45 mlrd. dollara yüksəlib.

Fen onu da bildirib ki, Pekin daim əməkdaşlığın intensivliyini və zənginliyini artırmağa çalışır. 2020-ci ilin sonunda Çinin sözügedən regiona birbaşa investisiyaları təxminən 3,14 mlrd. dollar təşkil edib, Orta və Şərqi Avropa ölkələrinin Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,72 mlrd. dollardan çox olub.