XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 22:52

“Sputnik V” peyvəndinin 500 min dozalıq partiyası İrana çatdırılıb

İranın Rusiyadan aldığı koronavirusa qarşı “Sputnik V” peyvəndinin yarım milyon dozalıq partiyası paytaxt Tehrana çatdırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, peyvəndin ilk partiyasını daşıyan “Mahan” aviaşirkətinə məxsus təyyarə İmam Xomeyni hava limanına enib.

İran Rusiya istehsalı olan “Sputnik V” vaksinlərindən 2 milyon doza sifariş verib.

Yerdə qalan hissənin də yaxın günlərdə İrana gətiriləcəyi və vaksinasiya prosesində istifadə olunacağı bildirilib.