XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 23:59

“Pekin-2022”:olimpiya məşəlinin dizaynı təqdim olundu

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın məşəlinin dizaynını təqdim edib.

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər verir ki, məşəlin görünüşü hər il Oyunların başlamasına 1 il qalmış təşkil olunan ənənəvi tədbir zamanı nümayiş etdirilib.

Çinin estetik dəyərini, ənənəsini və inkişaf etmiş texnologiyasını özündə əks etdirən dizayn münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Pekin-2022” gələn il 4-20 fevralda keçiriləcək. (report)