XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 22:02

Türkiyədə bu gün koronavirusdan 113 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 113 nəfər həlak olub.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7909 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8815, ağır xəstələr isə 1501 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 508 988 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 396 199 nəfər sağalıb, 26 467 nəfər isə ölüb. (apa)