Gürcüstanda son sutkada daha 538 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 18 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 261 018-ə, ölənlərin sayı isə 3 258-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 498 nəfər artaraq 252 246-ya yüksəlib. (report)