XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 15:54

Rusiyada koronavirus:son sutkada 527 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 16 688 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 934 606 nəfərə çatıb.

Son sutka ərzində 527 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 75 732 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Brazilyadan sonra dördüncü yerdə gəlir. (apa)