XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 22:34

İranda koronavirus:son sutkada 80 nəfər ölüb

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 336  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində 7 061 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 452 387 nəfərə çatıb. Virus daşıyıcılarından 3 819 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 2411320 nəfər koronavirusdan sağalıb. (apa)