XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 22:05

Borrell:“Ümid edirəm ki, “Sputnik V” peyvəndinin Aİ ərazisində istifadəsinə icazə veriləcək”

“Koronavirusa qarşı “Sputnik V” peyvəndinin effektivliyi ilə bağlı Rusiyanı təbrik edirəm. Bu, bəşəriyyət üçün yaxşı xəbərdir”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. 

“Mən nüfuzlu “The Lancet” elmi jurnalında “Sputnik V” peyvəndinin effektivliyini izah edən elmi hesabatı oxumağıma şadam. Ümid edirəm ki, Avropanın Dərmanlara Nəzarət Agentliyi bu peyvəndin istifadəsini təsdiqləyəcək. Beləliklə də bu peyvəndin Aİ ərazisində istifadəsinə icazə veriləcək”, – deyə C. Borrell vurğulayıb. (apa)