XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 20:27

Türkiyə Prezidenti:"Fransanın Malidə nə işi var?"

“Liviyada indi hökumətin qurulması uğrunda iki siyasi qüvvə mübarizə aparır. İkinici turda qaib gələn tərəf hökuməti formalaşdıracaq”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistin Liviyada keçid hökumətin qurulması ilə bağlı sualına cavabında bildirib.

O, “Fransa prezidenti Emmanuel Makron bildirib ki, Türkiyə hərbçilərini Liviyadan çıxarmalıdır. Bunu necə dəyərləndirirsiniz” sualına cavabında deyib: “Görünür o, bu işləri hələ öyrənməyib. Hələ uzun müddətə öyrənəcək. Türkiyə Liviyaya kefindən getməyib. Orada müxtəlif ölkələrdən, o cümlədən Çaddan xeyli hərbçi var. Türkiyə Liviyaya xalqın təhlükəsizliyini təmin etmək üçün gedib. Bəs Fransanın Malidə nə işi var?”. (report)