XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 21:32

Türkiyədə COVID-19-dan 110 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 110 nəfər ölüb. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 901 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr  8 217, ağır xəstələr isə 1 423  nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2  516 889 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 404 416 nəfər sağalıb, 26 577 nəfər isə ölüb.