XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2021 - 00:07

Afrikada koronavirus:yoluxanların sayı 3,62 milyon nəfəri ötüb

Afrikada koronavirusa yoluxanların sayı 3,62 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, fevralın 5-i üçün Afrikada koronavirusa 3 626 960 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 93 647 nəfəri vəfat edib, 3 128 534 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.