XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2021 - 10:43

Dünyada COVID-19 əleyhinə peyvənd olunanların sayı yoluxanların sayını ötüb- ÜST

Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı pandemiya dövründə yoluxanların sayını ötüb. 

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Peyvənd olunanların say artımı ilə bağlı statistikanın xoş xəbər olduğunu deyən Baş direktor bildirib ki, bu, diqqətəlayiq bir nailiyyətdir.

T.A. Qebreyesus əlavə edib ki, peyvəndlərin dörddə üçündən çoxu yalnız 10 ölkədə baş verir. O, bu tendensiyanın digər dövlətlərdə də dinamik xarakter almasının zəruriliyini bildirib.