XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 10:54

“AstraZeneca” peyvəndinin 55 yaşdan yuxarı insanlara vurulması qadağan edilib- İspaniyada

İspaniya Səhiyyə Nazirliyi Oxford Universiteti və “AstraZeneca” tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verilib. 

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat dərc edib.

Bildirilib ki, səlahiyyətli orqanların qərarına əsasən, “AstraZeneca” peyvəndi ilk olaraq  tibbi-sosial işçilərə vurulacaq.

Qeyd edək ki, peyvəndlərin ilk dozalarının həftəsonu İspaniyaya gəlməsi gözlənilir.

İspaniyada peyvənd kampaniyası keçən il dekabrın 27-dən başlayıb.

İndiyə qədər ölkədə “Pfizer”-“BioNTech” və “Moderna” peyvəndlərdən istifadə olunurdu.

Xatırladaq ki, İspaniyada hazırda 2.94 milyondan çox təsdiqlənmiş virusa yoluxma hadisəsi qeydə alınıb. 61,3 min insan pandemiyanın qurbanı olub.