XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 11:36

BƏƏ və Bəhreyn Fələstin qaçqınlarına yardımı dayandırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn BMT-nin Fələstin qaçqınlarına yardım proqramına verdikləri ianənin həcmini demək olar tamamilə dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “İTV 12” telekanalı məlumat yayıb.

Bildirilib ki, BƏƏ 2018-ci ildə bu məqsədlə 53 milyon ABŞ dolları, 2019-cu ildə 51 milyon ABŞ dolları yardım edibsə, 2020-ci ildə yardımı 1 milyon ABŞ dollarınadək azaldıb.

Bəhreyn də praktiki olaraq fələstinli qaçqınlara yardımı dayandırıb.