XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 11:54

Dünyada koronavirus:son sutkada 355 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 355 041 nəfər koronavirusa yoluxub, 10 422 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 104 370 550 yoluxma hadisəsi, 2 271 180 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 47 faizdən çoxu Avropanın (167 526) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (115 954), və Cənub-Şərqi Asiya (26 101) bölüşür.