XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 12:41

Gürcüstanda koronavirus:son sutkada 602 nəfər yoluxub, 11 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  602 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  261 620, ölənlərin sayı isə 3 269 nəfərə çatıb.

Virusa yoluxanlardan 252 815 nəfərin sağaldığı bildirilir.