XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2021 - 22:52

Britaniyada COVID-19-a sutkalıq yoluxma və ölüm sayı hələ də kritik həddədir

Böyük Britaniyada son sutka ərzində 828 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 112 092 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 18 262 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 929 835 nəfərdir.