XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2021 - 09:26

Əfqanıstanda növbəti terror aktları törədilib:ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə iki partlayış törədilib.

Məlumata görə, partlayışlar paytaxtın Xayir-xan və Bak-Kazi rayonlarında baş verib. Kabilin Polis Departamentinin mətbuat katibi Ferdevs Faramarç bildirib ki, hər iki hadisə nəticəsində ümumilikdə bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb. Partlayışların terror aktları olduğu bildirilir.

Terror aktlarına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. /Report