XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2021 - 10:00

Londonda silsilə hücumlar baş verib:ölən və yaralananlar var

London polisi paytaxtın cənubunda baş vermiş silsilə hücumları araşdırır.

Qeyd edilir ki, bıçaqla törədilən hücumlar nəticəsində 22 yaşlı gənc həlak olub, daha doqquz nəfər yaralanıb.

Polis zabitləri Kroydon ərazisində qeydə alınan hücumlar haqqında beş məlumat alıblar. Hücumlardan biri zamanı 22 yaşlı gənc yaralanıb, o, hadisə yerində həlak olub.

London polisi bildirib ki, bir qrup şəxs Kroydonda Uisbiç-Roudda evlərdən birinə gedib və qarşıdurmanın gedişatında 1 nəfəri öldürüblər.

Polis hücumlarla bağlı təhqiqat aparır.