XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2021 - 10:58

Tarixin ən böyük vaksinasiya kampaniyası:128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı  ölkələrin sayı 73-ə çatıb.

Bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən bütün dünyada 128 milyon nəfərə COVİD-19 əleyhinə vaksin vurulub, gündəlik vaksin olunanların sayı isə 4,69 milyon nəfərə çatıb.

Məlumatda qeyd olunub ki, ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 40.5 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 12.3%-i edir. Ötən həftənin göstəricilərinə əsasən ABŞ-da gündəlik 1.43 milyon nəfərə peyvənd vurulub.

Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 31.2 milyon (2.23%), Avropa İttifaqında 15,5 milyon (3.72%), Böyük Britaniyada 11.9 milyon (17.9%) nəfərə peyvənd vurulub.

Vaksin edilənlərin əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə isə İsraildir. Bu ölkədə artıq 5.4 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 59.9%-ni təşkil edir.