XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2021 - 12:15

“6 yanvar iğtişaşları ABŞ-a 519 milyon dollara başa gəlib” –“The Washington Post" qəzeti

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki saxtakarlığı ilə bağlı çağırışları, müvafiq məhkəmə işlərinə baxılması, habelə 6 yanvarda Kapitoliya ərazisindəki baş verən iğtişaşlar Amerikalı vergi ödəyicilərinə ümumilikdə 519 milyon dollara başa gəlib.

Bu barədə “The Washington Post” qəzeti məlumat verib.

Qəzet federal və yerli hökumət xərclərinin qeydlərinə istinad edərək xəbər verir:

“Bütün səviyyələrdə dövlət qurumları Trampın və tərəfdarlarının hərəkətlərinə cavab vermək üçün büdcə vəsaitlərindən istifadə etmək məcburiyyətində qaldılar və xərclər böyüdü”.

İstifadə edilən pullar arasında onlarla məhkəmə prosesi üçün xərclər, təhdidlərə cavab olaraq seçki vəzifəlilərinin təhlükəsizliyinin artırılması və Kapitoliyadaki 6 yanvar qiyamından sonra yenidənqurma işləri üçün ayrılan maliyyə var.

Xüsusilə, yeni qarışıqlıq təhlükəsi üzündən martın ortalarına qədər Milli Qvardiya əsgərlərinin Vaşinqtona yerləşdirilməsi üçün 480 milyon dollardan çox pul istifadə edilib.

Dövlət 20 yanvarda keçirilən andiçmə günü ərəfəsində təhlükəsizlik tədbirləri üçün təxminən 28 milyon dollar xərcləyib.

Bundan əvvəl 2,2 milyon dollar məhkəmə çəkişməsinə və seçki vəzifəlilərinin qorunmasına gedib. Nəşrin məlumatına görə, bu hadisələrlə bağlı maliyyə nəticələrinin sənədləşdirilmiş məbləğlərdən xeyli yüksək olacağı ehtimal olunur.