XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2021 - 13:08

Hindistanda buzlağın əriməsi ilə daşqın baş verib:ölənlər var - VİDEO

Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı ilkin ehtimala görə, təxminən 100-150 nəfər ölüb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Uttarkhand ştatında baş verib. İtkin düşənlərin əksəriyyəti “Rişiqanqa” hidroelektrik stansiyasının fəhlələridir. Əraziyə Hind-Tibet sərhəd polisinin iki qrupu və Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Milli Qüvvələrin 3 qrupu cəlb edilib.

Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanqanın çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.

Daha əvvəl ANI agentliyi buzlağın əriyərək enişindən sonra Dxauliqanq çayında suyun səviyyəsinin qalxması barədə məlumat yayıb. Hadisə zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib.