İranın Ali lideri Əli Xamenei bəyan edib ki, ABŞ və Avropa ölkələri nüvə proqramı ilə bağlı İran qarşısında şərt qoya bilməz.
Bu barədə İran rəhbəri özünün “Twitter” səhifəsində yazıb.
“Nüvə proqramı məsələsində şərt irəli sürmək hüququ olan tərəf İrandır. Belə ki, yalnız İran sazişin bütün tələblərinə əməl edib. ABŞ və üç Avropa ölkəsi (Britaniya, Fransa və Almaniya – red.) isə bütün öhdəliklərini pozub”, – deyə Xamenei bildirib.
Ali rəhbər həmçinin qeyd edib ki, ABŞ sözdə deyil, əməldə sanksiyaları aradan qaldırdıqdan sonra İran nüvə sazişinə geri dönəcək.
Qeyd edək ki, Xameneinin bəyanatı sosial şəbəkədə “son söz” heşteqi ilə paylaşılıb.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ rəsmiləri nüvə proqramı ilə əlaqədar ilk addımın İran tərəfindən atılmasının vacibliyini bəyan ediblər.
آن طرفی که حق شرطگذاشتن در برجام را دارد ایران است چون به همه تعهدات عمل کرد،نه آمریکا و ۳کشور اروپایی که کل تعهدات را زیرپا گذاشتند.
اگر میخواهند ایران به تعهدات برگردد،آمریکا باید همه تحریمها را لغوکند و ما راستیآزمایی کنیم و ببینیم درست است آنوقت به تعهدات برگردیم.#حرف_قطعی— KHAMENEI.IR | فارسی 🇮🇷 (@Khamenei_fa) February 7, 2021