XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 09:00

Dünyada koronavirus:son sutkada 432 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 432 332 nəfər koronavirusa yoluxub, 11 752 nəfər ölüb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 105 394 301 yoluxma hadisəsi, 2 302 302 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın (237 798) payına düşür. Digər yerləri isə, Avropa (128 578) və Cənub-Şərqi Asiya (25 691) bölüşür. (apa)