XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2021 - 09:12

“AstraZeneca” peyvəndi “Cənubi Afrika ştam”ına qarşı təsirsizdir –ÜST

““AstraZeneca” peyvəndi “Cənubi Afrika ştam”ına qarşı təsirsizliyi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir”.

Bunu ÜST mütəxəssisi Maria van Kerxove CBS televiziyasına müsahibəsində deyib.

O bildirib ki, hazırda peyvəndin təsirini, bədənin immunitet reaksiyasını öyrənmək üçün bir sıra işlər aparılır: “Effektivliyin azalmasına işarə edən bəzi ilkin araşdırmalar var, lakin yenə də bu işlər hələ tam olaraq təsbit edilməyib. Fevralın 8-də “Cənubi Afrika ştam”ına qarşı “AstraZeneca” peyvəndinin effektivliyi məsələsi müzakirə ediləcək”. (apa)