XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Fevral 2021 - 18:42

İranda 4 minə yaxın məhkum əfv edilib

İranda islam inqilabının 42-ci ildönümü münasibətilə 3840 nəfərin əfv edilməsi və ya işlərinin yüngülləşdirilməsi ilə bağlı qərar İranın Ali Rəhbəri ayətullah Əli Xamenei tərəfindən təsdiqlənib.

APA-nın Tehran bürosunun xəbərinə görə, Məhkəmə Hakimiyyətinin sədri höccətülislam İbrahim Rəisi 3840 nəfərin əfv edilməsi və işlərinin yüngülləşdirilməsi ilə bağlı Ə. Xameneiyə məktub ünvanlayıb.

Ayətullah Xamenei 3 840 nəfərin əfvi və həbs müddətlərinin azaldılması ilə bağlı məktuba müsbət cavab verib.