XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2021 - 20:59

Türkiyədə COVID-19: son sutkada 8103 nəfər yoluxub

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 103 nəfər dünyasını dəyişib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8103 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8567, ağır xəstələr isə 1310 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 539 559 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 449 273 nəfər sağalıb, 26 900 nəfər isə vəfat edib.