Böyük Britaniyada son sutka ərzində 333 nəfər koronavirusdan həyatını itirib.
Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 112 798 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 14 104 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 959 784 nəfərdir. (apa)