XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 00:15

Dünya çempionatı:"Bavariya" finalda "Tiqres"ə rəqib oldu

Almaniya “Bavariya”sı Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında finala yüksəlib.

UEFA Çempionlar Liqasının qalibi yarımfinalda Afrikanın ən güclüsü olmuş Misirin “Əl-Əhli” klubu ilə üz-üzə gəlib. Əl-Rayan şəhərindəki “Əhməd bin Əli” stadionunda təşkil olunmuş görüş Münhen komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu 17-ci və 85-ci dəqiqələrdə Robert Levandovski vurub.

Həlledici görüşdə “Bavariya” Meksika “Tiqres”i ilə qarşılaşacaq. Oyun fevralın 11-də keçiriləcək. Həmin gün 3-cü yer uğrunda matçda “Əl-Əhli” Braziliya “Palmeyras”ını sınağa çəkəcək.

Qeyd edək ki, “Tiqres” yarımfinalda “Palmeyras”ı 1:0 hesabı ilə yenib. (report)