XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2021 - 14:21

Rusiya silahlanmada süni intellekt texnologiyasına üstünlük verəcək

Rusiya Silahlı Qüvvələri silahlanmada süni intellekt texnologiyasına üstünlük verəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Ötən il biz Ali Baş komandanın 2012-ci il may fərmanlarında verdiyi tapşırıqları icra etdik. Qoşunlarımızdakı müasir silahların və hərbi texnikanın həcmi 70,1 faiz olub. İndi silahlanmaya Silahlı Qüvvələrin perspektivli simasını müəyyən edən süni intellektli texnologiyanın tətbiqini təmin etmək lazımdır”, – deyə S. Şoyqu Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbər heyətinin toplantısında qeyd edib.

Nazir vurğulayıb ki, döyüş hazırlığında robotlaşdırılmış komplekslərdən, pilotsuz uçuş aparatları və avtomatlaşdırılmış idarəetmə sistemlərindən getdikcə daha çox istifadə olunur.