XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 21:46

Ukrayna səfiri Gürcüstan XİN-ə çağırılıb

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Diplomatla keçirilən görüş Mixeil Saakaşvilinin Gürcüstanda genişmiqyaslı itaətsizlik aksiyalarına çağırışları ilə bağlı olub.

İ.Dolqov bildirib ki, Gürcüstanın keçmiş prezidentinin çağırışları Ukrayna-Gürcüstan arasında strateji tərəfdaşlıq və etimad atmosferinin inkişafına kömək etmir.

Səfir konkret şəxsin fikirlərinin iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, İ.Dolqov artıq üçüncü dəfədir M.Saakaşvilinin bəyanatlarına görə Gürcüstanın xarici siyasət idarəsinə çağırılır. Ötən ilin iyun-iyul aylarında ukraynalı diplomat iki dəfə XİN-ə dəvət olunub.