XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2021 - 22:12

Türkiyədə zəlzələ olub- 4,7 bal gücündə

Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyə vaxtı ilə 18:51-də qeydə alınan yeraltı təkanların ocağı yerin 7,1 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub(azərtac).