XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2021 - 23:31

COVID-19:Fransada son sutkada 460 ölüm faktı qeydə alınıb

Fransada son sutkada COVID-19 infeksiyasından 460 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, son sutkada xəstəxanalarda koronavirus pasiyentlərinin sayında 1889, reanimasiya şöbələrində isə 355 artım qeydə alınıb. Xəstəxanalarda ümumilikdə 28 037, reanimasiya şöbələrində isə 3363 ağır vəziyyətdə olan virus xəstəsi intensiv müalicə olunur. Pandemiya qurbanlarının ümumi sayı 79 423-ə çatıb.

Ölkədə 1.920 milyon sakinə koronavirusa qarşı peyvəndin ilk dozası, 296.3 minə isə ikinci dozası vurulub(azərtac).