XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2021 - 00:12

İtaliyada polis xüsusi əməliyyat keçirib- 55 gürcü saxlanılıb

İtaliya polisinin həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 55-i gürcü olmaqla 62 nəfərdən ibarət iki cinayətkar dəstənin üzvləri saxlanılıb. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Avropanın müxtəlif ölkələrində paralel həyata keçirilən əməliyyatın mərkəzi İtaliyanın Reggio Emilia şəhəri olub. 100-dən çox polisinin iştirak etdiyi xüsusi əməliyyatın, təxminən 3 illik araşdırmadan sonra həyata keçirildiyi qeyd olunub.

Saxlanılan şəxslərin İtaliyanın şimalında evlərdən oğurluq etməsi, həmçinin, çirkli pulların yuyulması ilə məşğul olması aşkarlanıb. Bildirilib ki, cinayətkar dəstənin üzvləri xüsusi alətlərlə iz qoymadan “gürcü üsulu ilə” evlərdən oğurluq edib və oğurlanan əşyaları digər cinayətkar dəstənin yardımı ilə Ukraynaya qaçırıb.