XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2021 - 10:42

Almaniyada koronavirus:yoluxanların sayı 2,3 milyona yaxınlaşıb

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 8072 yoluxma halı qeydə alınıb, 813 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada indiyədək koronavirusa yoluxanların sayı 2 299 996, xəstəlikdən ölənlərin sayı isə 62 969 nəfərə çatıb.

Almaniyada COVID-19-dan sağalanların sayı isə 2,1 milyon nəfərdir.