XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2021 - 11:24

Ermənistanda COVID-19:ölənlərin sayı 3130 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 196 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 496 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3130 nəfərə çatıb.

Ermənistanda 160 405 nəfər xəstəlikdən sağalıb.